| Baş Sehife |
BLMENN FADES:   Gerekleri TARX yazar, TARX de "KEPEZ"!

HAQQIMIZDA
 Biz kimik?
 Bizim Şeher
 Manifest
 Webmaster
KEPEZ
 Tarix
 Komanda
 Statistika
 Unudulmazlar
 Yetirmeler
 Foto Albom
ORDAN-BURDAN
 Güclüler Destesi
 LiveScore
 Xeberler
 Reportaj
 Forum
 Link
 OFF SIDE
 Reklam

TARİX

Azerbaycan çempionatlarının rekordçusu "KEPEZ"in möhteşem tarixi.

Komandamızın tarixi xronoloji ardıcıllıqla düzülüb. Yaxın dövrler bir müddet sonra elave olunacaq.

1959 cu il. Klub ilk defe TOXUCU adı altında SSRİ birinciliyinin B qrupunda, III zonada (hemin dövrde 14 komanda mübarize aparırdı) cıxış edir. Lakin netice heç de ürek açan olmur. Komandamız axırıncı yeri tutur (top ferqi 31:35).

1961 ci il. B qrupunda yarışan Azerbaycan komandaları arasında en yüksek yeri TOXUCUtutur. Komanda 60 mümkün xaldan 35-ni toplamaqla (t/f 43:43) 5-ci yere çıxır.

1962 ci il. TOXUCU adı deyişdirilerek DİNAMO KİROVABAD olur ve komanda B qrupunda 3-cü yeri tutur.

1963 cü il. DİNAMO K B qrupunun 16 komandası arasında (öz zonası üzre) 3-cü yeri tutur.

1964 cü il. 68 mümkün xaldan 40-nı toplamaqla (t/f 54:34) dalbadal 3-cü yere yiyelenir.

1965 ci il. Nehayet DİNAMOK finala çıxır ve DİNAMO BAKI ile heç-heçe oynayır (0:0). Lakin püşkün neticesine göre komanda SSRİ birinciliyinin A qrupuna vesiqe alır.

1966 cı il. İlk defe A qrupunda çıxış etmesine baxmayaraq 17 komanda içinde 4-cü yeri tutur.

1967 ci il. Gence futbolçuları öz qruplarında 1-ci yeri tutur ve final turnirinde Karaqandanın Şaxtyor, Kievin OİK komandaları ile yarışırlar. Karaqandalılarla xalları bölen (0:1, 1:0) ve kiyevlilerden 3 xal qoparan (0:0, 3:2) dinamoçular 5 xal toplamağa müveffeq olur. Şaxtyor K da eyni hesabda xal yığır.

Daşkendde elave oyunda hemyerlilerimiz 1:0 hesabı ile qelebe qazanır. Ve Güclüler Destesine cıxır.

Hemin mövsümkü heyetin oyuncuları:

QAPIÇILAR: Çingiz İsmayılov, Zakir Süleymanov, Zahid Hüseynov

MÜDAFİEÇİLER: Aleksandr Kazmin, Boris Falkovski, Lev Lubarski, Ravil Batrayev

YARIMMÜDAFİEÇİLER: Müzeffer Qasımov, Yusif Meherremov, Vladimir Spikin

HÜÇUMÇULAR: Ramiz Muritov, Nizami Salahov, Nüreddin Eliyev, Vladimir Stupin, Vyaçeslav Filatov

1968 ci il. Teesüf ki, komandamız hemin il Sovetler Birliyinin en güclü komandaları arasında axrıncı yeri tutmaqla elitanı terk etmeli olur. Komandamız cemi 5 qelebe qazanmış, 9 defe heç-heçe etmiş ve 24 görüşde meğlubiyyete uğramışdı. 19 xalla sonuncu pillede dayanan dinamoçular en yaxın reqibinden 9 xal geri qalırdı.

1969 cu il. A qrupunun ikinci destesinde çıxış eden DİNAMO K yene de pis oynadı ve 15-ci yeri tutdu.

1970 ci il. Bu mövsümde uğursuz çıxış etmekle 20-ci yerle kifayetlenmeli oldular.

1971 ci il. A qrupunun ikinci destesinde çıxışını davam etdiren hemyerlilerimiz hemin mövsüm sabit oyunuyla seçildi ve 5-ci pillede qerarlasdı.

1972 ci il. Dinamoçular yene A qrupunun 2-ci destesinde (4-cü zona) oynadılar. Bu mövsüm komanda dirçeldi. Ve 18 iştirakçı arasında 2-ci yeri tutdu. (19 qelebe, 8 heç-heçe, 9 meğlubiyyet, t/f 44:20, 46 xal).

1973 cü il. Hemin il komandamız A qrupunun 3-cü zonasında çıxış etmişdi. Onlar 18 komanda arasında 5-ci oldu.

1974 cü il. Hamyerlilerimiz bir il evvelki kimi yene 3-cü zonada idi. Bu defe komanda o qeder de uğurlu çıxış ede bilmeyerek 20 kollektiv arasında 10-cu yeri tutmuşdu. 38 oyunda 17 qelebe, 16 meğlubiyyet ve 5 heç-heçe bu onların hemin ilki göstericisidi.

1975 ci il. Bu mövsüm komandanın adının deyişdirilmesi ile elametdar oldu. Artıq TEREQQİ adlandırılan DİNAMO K A qrupunun 2-ci destesinde çıxış edirdi. Lakin mövsüm onlar üçün heç de uğurlu alınmadı. Komanda 19 reqib arasında 13-cü yeri tutdu.

1976 cı il. TEREQQİ hemin mövsüm beraber seviyyede oynamadı. A qrupunun 1-ci zonasında (2-ci deste) 20 komanda çıxış edirdi. Genceliler 38 oyunda 36 xal toplayır. Onlar 14 qelebe qazandı, 8 görüşde heç-heçe oynadı ve 16 defe uduzdu (t/f - 47:62). Komanda turniri 12-ci yerde başa vurdu.

1977 ci il. TEREQQİ hemin il uğursuz çıxış etdi. Komanda A qrupunun 4-cü zonasında (2-ci deste) 20-ci yerle kifayetlendi. Futbolçularımız 42 görüşde 12 qelebe qazandı, 8 defe heç-heçe etdi ve 22 matçda uduzdu (t/f 49:70).

1978 ci il. Hemyerlilerimiz üçün bu mövsümde uğursuz oldu. Genceliler 23-cü pillede qerarlaşmalı oldu.

1979 cu il. Bu mövsüm TEREQQİ 2-ci destenin 4-cü zonasında çıxış etdi. Komanda 46 matçda cemi 33 xal topladı (13 qelebe, 7 heç-heçe, 26 meğlubiyyet) ve 20-ci yerle kifayetlenmeli oldu.

1980 ci il. Bu mövsümde TEREQQİ seferde uğursuz çıxış edti. Neticede komanda 16 reqib arasında 9-cu yeri tutdu. Futbolçularımız 30 oyunda 28 xal topladı.

1981 ci il. Komanda 9-cu zonada mübarize aparırdı. Lakin zeif oynayaraq 16 kollektiv arasında finişe 15-ci catdı.

1982 Artıq komandamız yeni ve ESL adına KEPEZ ismine qovuşdu. Lakin futbolçular o qeder de uğurlu çıxış etmeyerek cemi 8 xal toplamaqla 17-ci pillede qerarlaşdı.

1983 Bu mövsümde KEPEZ bir qeder yaxşı oynayaraq 17 komanda arasında 13-cü yeri tutdu.

1984 KEPEZ mövsüme pis hazırlaşmışdı. Komanda 32 oyunda 16 qelebe qazana bildi. Ve 14 görüşde uduzmaqla yanaşı 2 defe heç-heçe etdi (t/f 53:45). Neticede komandamız 17 klub arasında 7-ci oldu




Baş Sehife | Biz Kimik? | Bizim Şeher | Reklam Ver | Webmaster

YENİLİK
Azerbaycanda ilk defe!..Güclüler Destesinin oyunları canlı-canlı kapazmania.tk'da! Artıq siz daha operativ ve deqiq melumatları bizden alacaqsız. Çempionatımızın ilk LiveScore'u! Bizi izleyin ve 90 deqiqe matçın heyecanını yaşayın!.
DERBİ
Şeherimizin fexri "KEPEZ"in Bakı "neftçi"siyle reqabeti artıq dünyada tanınır. Yaxınlarda saytımız vasitesiyle bütün dünya derbilerinin cemleşdiyi footballderbies.com'a Azerbaycanın en böyük derbisini de yerleşdirdik. İndi növbe sizindi! Bu reqabete ses vermekle "KEPEZ"-"neftçi" derbisini "en yaxşı" ede bilersiz.
MANİFEST
"KEPEZ"severler olaraq yeni rehberiliyin qerarının elehine çıxır ve "KEPEZ"in adının berpa olunmasını teleb edirik.
SAYĞAC
Soccerlinks - the soccer website directoryGalatasaraylı Toplist | Heryerdeyiz.com Besturk.Net (en iyi türk siteleri)
  Copyright [ KapazMania ] . 2004 - 2005 Materiallardan icazesiz istifade qeti qadağandır.  Dizayn : az-ya


Hosted by uCoz