| Baş Sehife |
BÖLMENİN İFADESİ:   Genceliler ellerinde qılınc anadan olurlar...(Z.Bünyadov)

HAQQIMIZDA
 Biz kimik?
 Bizim Şeher
 Manifest
 Webmaster
KEPEZ
 Tarix
 Komanda
 Statistika
 Unudulmazlar
 Yetirmeler
 Foto Albom
ORDAN-BURDAN
 Güclüler Destesi
 LiveScore
 Xeberler
 Reportaj
 Forum
 Link
 OFF SIDE
 Reklam

BİZİM ŞEHER

Gence - Daşların yaddaşı

Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın içtimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişməsində yerləşirdi. Burada sayahətçilər dayanır, uzaq ölkələrdən alimlər fikirləri ilə bölüşürdülər. Zəngin tarixin səhifələrini vərəqləyərkən biz onun hər bir sətrində qədim şəhərinin izlərinə rastlaşırıq, onun səsini eşidir, nəfəsini hiss edirik.

      Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə aid edirlər, əksəriyyəti isə - orta əsrlərin əvvələrinə.
Comard qassabin turbasi      Şəhərin tarixindən danışarkən yaddan çıxartmaq lazım deyil ki, o içtimai- iqtisadi və mədəni mərkəz kimi yaranmışdır. Gəncəni Azərbaycanın digər şəhərləri kimi ( Qəbələ, Naxçıvan, Şəki, Şamaxı ) əlverişli cografi yerləşməsinə malik və sonralar şəhərə çevrilmiş yaşayış məskəni kimi nəzərdən keçirmək lazımdır. Gəncənin yaşının sübutu kimi 656-661 illərdə hakimiyətdə olan Xəlif Əli ibn ƏbuTəlibin dövründə yaşamış Comərd qəssabı haqqında olan rəvayətləri və onun türbəsini saymaq olar. O zaman, Gəncənin əhalisinin əsasən büdpərəst olmasına baxmayaraq, o Məhəmməd peyğəmbərin dinini gizli qəbul etmişdir.Kiminsə dinini gizlicə dəyişməsi, hələ o vaxtlar Gəncənin siyasi hakimiyyətinin və nüfuzlu rühani idarəsinin olmasını və şəhərin artıq formalaşdığını göstərir. Deyilənlərə görə, Comərd qəssab tərəzi işlətməyən qəssab "Ya Əli" deyərək əti doğrayardı və heç bir sakin ətin əksik gəlməsinə şikayət etməmişdir.
Eldeqiz devlatinin xaritasi     Hələ 40- cı illərdə, arxeoloji qazıntılar zamanı, tədqiqatlar belə bir fikirə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi . Gəncə toponomik anlamında da həmçin fikir ayrılıgı mövcuddur. Toponim (ərəblərdə- "Cənza", ermənilərdə-"Gaznak", gurculərdə- "Gəndza" ) pəhləvi sözu kimi qəbul edilirdi və "xəzinə, məhsul ambarı" mə'nasını daşıyırdı . Bu izahların heç birinin elmi əsası yoxdur. Reslərə görə, bu termin azərbaycan dilinə məxsusdur. Başqa bir fikirə əsasən, bu termin Gancak tayfasının adı ilə baglıdır, və bu həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olması elmlə artıq subuta yetirilmişdir. Orta Asiya tarixçiləri subut etməyə çalışırlar ki, onlar bu tayfanın törəmələridilər. VII-ci əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dagıdılmışdır. VII-ci əsrin sonunda şəhər ərəbləə xəzərlər arasında döyuş meydanına çevrilmişdir . "Dərbəndnamə"- də qeyd edilir ki, VII-ci əsrin əvvəlində və VIII-ci əsrin əsrdə Azərbaycan ərazisi dəfələrlə yuruşlərə mə'ruz qalmışdı, və bunun nəticəsində Gəncə də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə muhum rol oynamaga başlayır, burada tez-tez karvanlar dayanır. Dövruyyədə ərəb dinarı və dirxəm işlənirdi.
Ganca qalasi       X əsrdən başlayaraq, yəni Bərdə paytaxt simasını itirəndə, Gəncə ölkənin içtimai- iqtisadi və mədəni həyatında muhum rol oynamaqa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq muhum yer tutur. Sənətkarlıgın ikişafı uçun burada iqtisadi potensial var. Gəncənin yaxınlıgında yerləşən dəmir, mis və kvars mə'dənləri sənətkarları xammalı ilə tə'min edirlər.
       Gəncənin ölkənin paytaxtı kimi formalaşarkən hərbi muqavimətin artırılmasına xususi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.
Gala du gunBu şəkildə vaxtılə əzəmətli və sarsılmaz Gəncə qalasının qalıqları təsvir olunub . Ön planda qalanın cənub -şərq sissəsinin künc ..... və qala divarının qalan hissəsini jörmək olar, dijər ...... təxminən 600 metrlik məsafədə qırmızı işarələnmiş sahədədir. Qalanın divarı Gəncəçayın axını boyu tikilmişdir. Öz zamanlarında qala üçün daha bir müdafmə xətti olan çay, bu günlərdə onsuzda uçmuş qala divarlarını daha da yuyub aparır.
Ganca darvazasi
     IX-X-cu əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda mustəqil Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmaga başlamışlar. Səlarilərin əlində olan Gəncə X-cu əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. İ Fədlunun ( 895-1030) dövrundə Gəncə daha da möhkəmləndi. Şəddadilər burada qala, saraylar, körpulər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi.
      1063-cu ildə dəmirçi İbrahim Gəncənin məhşur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyuyur, yeni ticarət və sənaye məhəlləri tikilir. İpək və ondan hazırlanan mə'mulatlar nəinki yerli, hətta xarici bazarların alıcıların diqqətini cəlb edirdi. Gəncə həmçin dini mərkəz hesab olunurdu. Belə ki, alban katalikosun igamətgahı Bərdədən Gəncəyə köçürülmüşdür. Qətrap Təbrizi bu dövr haqqında belə yazır: "İndi Gəncə cənnət diyarına çevrildi".
Alban Kilsasi
      XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına mə'ruz qalmışdır. Təbrizi zəbt etdikdən sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul bəyin vassalı olmağa razılaşdı. O, Toğrul bəyə qiymətli hədiyyə təqdim etdi və onun adına xütbə oxundu. Səlcuqların hücumları kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər hökmdarı III Fədlun müharibə aparmağın mənasızlığını görüb təslim oldu, lakin bir müddətdən sonra əlverişli şəraitindən istifadə edərək yenidən hakimiyyətə qayıtdı. 1086-cı ildə Səlcuq hökmdarı Məlikşah (1072-1092) sərkərdə Buğayı Gəncənin üstünə yolladı. Yerli əhalinin güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər. Döyüş zamanı Gəncə hökmdarı III Fədlun əsir düşmüş, və beləliklə 100 ildən artıq hökm sürmüş Şəddadilər sülaləsinin hökmdarlığına son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah öz oğlu Qiyas Əd-din Tapara e'tibar etdi. Qiyas Əd-din Tapar sultan (1105-1117) seçildikdən sonra da igamətgahı Gəncədə yerləşən əsas Səlcuq hökmdarlardan biri idi. XII əsrin birinci yarısında Gəncəyə bir neçə dəfə gürcülər hücum etmişlər. Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum etdilər və onu qarət etdilər.
     Gəncə ilə bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə baş vermiş güclü zəlzələ idi. Kirakos Qəndzakesi yazırdı: "…Dağ və düzü duman və buludlar bürümüşdü, dəhşətli zəlzələ baş vermişdir. Gəncə dağıldı… Nəticədə Kəpəz dağı uçmuş və təpələrdən axan xırda çayların qarşısını kəsmişdir və göl əmələ gəldi." Müəllif, dicər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində mə'lumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.
Kapaz daqi va Goy-Gol - Nizaminin hamyasiddari      Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edərək gürcü feodalları hücum etmiş, çoxlu qənimət əldə etdilər və Gəncənin məhşur qapısını apardılar. Azərbaycanını maddi mədəniyyətinin abidəsinin qalıqları nəzəriyyətsizlik və yararsız vəziyyətindən indi də Gürcüstan Respublikasının Qelet monastırındadır.
      Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövləti zəiflətdi. Bu yerli feodalların güclənməsinə və yeni dövlətlərin yaradınmasına şərait yaratdı. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli - XIII əsrlər Gəncənin Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki onun mə'lumatları ölkədən çox uzaqlarda məhşur idi və o, "Arran şəhərlərin anası" səviyyəsinə qalxmışdır. Burada hazırlanan və "Gəncə ipəyi" adlanan parça qonşu ölkələrin və Orta şərq bazarlarında yüksək qiymətləndirilirdi . Sənətkarlıqla bərabər Gəncədə əkinçilik, bağbançılıq və maldarlıq geniş inkişaf almışdır. Adı mə'lum olmayan müəllif öz əsərində "Əcaib od-dünya" yazırdı ki, "əhali ilə sıx məskunlaşmış Arranın bu böyük paytaxt şəhəri güclü möhkəmlənmiş qala divarları ilə əhatə olunub. Gəncə ağaclarla dolu idi. Burada hər cür meyvələr var idi. Başqa şəhərlərə atlas, parça, pambıq, ipək və başqa mallar aparırdılar. Əhalisi mərd idi, yaxşı ox atırdı."
Nizami Gancavi
      Göstərilən dövrdə Gəncə Azərbaycanın mədəni inkişafında mühüm rol oynayıb. Məhz bu şəhərdən çıxmış alim və şairlərin əsərləri bütün dünyada şöhrət qazanmışdır.
Mashati Gancavi
Bu mövqeydən Məshəti Gəncəvinini yaradıcılığını xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin dahi şairəsi olduğu üçün xalq arasında böyük nüfuz və hörmətə layiq idi. Artıq dünya şöhrəti qazanmış, Azərbaycanın dahi şairi Nizami Gəncəvi , məhz bu dövrdə Gəncədə yaşayıb və yaratmışdır. Onun "Xəmsə" si dünya ədəbiyyatın nadir incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı:"Nizami özünün ilahi sehikarlığı ilə özünü bəşəriyyətə tanıtdırdı".
Xamsanin alyazmasi
      XIII əsrin əvvəllərində Azərbaycan monqolların işxalına məruz qaldılar. Onlar ilk yürüşləri zamanı (1220) gözəl müdafiə olunmuş Gəncəni tuta bilmədilər. 1225-ci ildə Azərbaycan yenidən Cəlaləddinin yürüşünə məruz qaldı, hansı ki, bir-birinin ardınca Azərbaycanın şəhərlərini işxal etdi, o cümlədən Gəncəni. Bu işxal Atabəylər dövlətinin arutu ilə nəticələndi.
     Cəlaləddinin yerlərdəki mə'murlarının zülmü və azğınlığının nəticəsində 1231-ci ildə Gəncə əhalisi xarici işxalcılara qarşı üsyana qalxdı. Üsyancılar şəhər hakiminin sarayını dağıdıb, bütün əyanları öldürdükdən sonra varlıları bir neçə ay onlara təzminat verməyə məcbür etdilər. Bu üsyan da yatırıldı. Bu üsyanın başcısı sənətkar Bəndər və onun 30 ən fəal silahdaşı ölümə məhkum edildilər(10,32-33). 1231-ci ildə şəhəri mühasirəyə alan monqollar güclü müqavimətə rast gəldilər. Bütün bunlara baxmayaraq, işxalçılar şəhəri tutub, yerli əhaliyə qarşı amansız divan tutub şəhəri qarət etdilər. Şəhər uzun müddət inkişafdan dayandı. Şəhərin bərpası və inkişafı üçün icazə yalnız 1235-ci ildə verildi.
Imamzada
     XIII əsrin ortalarından başlayaraq Azərbaycan Hülakilər dövlətinə daxil oldu. Hülakilər dövlətinin başçısı və onun idarəçisi Hülaki Xan (1256-1265) idi. 80-ci illərdə Azərbaycan Əmir Teymurun işğalına məruz qaldı. Ölkə Teymur və Toxtamış xan arasında döyüş sahəsinə çevrildi. Teymurun Gürcüstana hücümu zamanı Gəncə hərbi məntəqə rolunu oynayırdı. Teymurun Azərbaycana yürüşü dəhşətli fəlakətlərlə nəticələndi. XVI əsrin əvvəllərində yeni dövlət, Səfillər dövləti yarandı.I Şah İsmayıl tərəfindən yaranmış dövlətin tərkibinə daxil olan bəylərbəyliklərindən biridə Gəncə bəylərbəyidi. Sultan Şahverdinin Gəncənin baş bəylərbəyi təyin edilməsi ilə Gəncə və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular sülaləsinin uzun sürən hakimiyyəti başlandı. Məhşur İmizadə türbəsinin inşa edilməsi məhz bu vaxtlara etimal edilir.
Yeni galanin bir hissasi
     Gəncə, yenidən Zaqafqaziyada özünün ticarətdə aparıcı yerini tutdu, Rusiya, Yaxın Şərq və Avropa ölkələri ilə sıx əlaqələr yarandı. Mənbələrdən birində deyilir ki, o zaman Gəncəyə 50 mindən artıq təsərrüfat(225000 əhali) var idi.
Hərbi döyüşlərin səngiməsi imkan verdi ki, Gəncə şəhərinin başqa şəhərlərlə əlaqəsi bərpa olunsun, ticarət əlaqələrinin genişlənməsi iqtisadiyyatın inkişafına şərait yaratdı. Türk səyyahı Övliya Çələbi qeyd edir ki, o dövrdə Gəncə də 6000 ev vardı. O xüsusi ilə ipəkçiliyin inkişafını qeyd edirdi.
Rusiyanın xəzərətrafı əyalətlərini işğal etməsi osmanları narahat edirdi. 1723-cü ildə Gəncəni mühasirəyə alsalarda onlar şəhəri tutua bilmədilər.
Javadxanin portreti
     Bu İran hökümətini narahat edirdi. O zaman İran hökümətinin başında duran Nadir şah qabağına belə bir məqsəd qoydu. Rusları və türkləri Azərbaycandan çıxarıb onu işğal etmək. 1735-ci ilin martında Gəncə yaxınlığında rus-iran müqaviləsi bağlandı, bu müqaviləyə əsasən çar höküməti öz qoşunlarını xəzərətrafı quberniyadan çıxardı. Nadir şahın siyasəti Azərbaycan əhalisini tamam müflisləşdirdi. 1747-ci ildə şahın öldürülməsi müstəqilliyə olan mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadxanoğlu Gəncənin xanı (1740-1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1840) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi. O müstəqil xarici si siyasət yeridirdi. Gəncə xanlığı özü tədavülə pul buraxırdı. Bu dövrdə tacir və mülkədarları, aristokratları müdafiə edən çar rusiyası öz növbəsində yeni-yeni torpaqlar ələ keçirmək, özü üçün yeni bazarlar tapmaq istəyirdi. Bu səbəbdən Rusiya üçün Azərbaycan iqtisadi və strateji cəhətdən böyük əhəmiyyətə malik idi.
Javadxanin gabri
      Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.
Guberniyanin gerbi
     Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanın almağı çətin olduğunu başa düşən Sisyanov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1904-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar.Cavad xan öldürüldü. Bu işxaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu..

.......????
   1805-ci ildə çar hökuməti rəsmi olaraq komandant üsul idarəsini tətbiq etdi. Bu zamanda bhtün hərbi, maliyə və dikər mülklər komendantın əlində cəmləndi. 1806-cı ildə Gəncədə məhkəmə yarandı. Əhali üzərində nəzarəti gücləndirmək üçün 1824-cü ildə Gəncədə polis idarəsi yarandı.Əhali bu idarə və onun iş üslublarından narazı idi. 1840-cı ildə komendantlıq sistemi ləğv edildi. Gəncə uyezd kimi Gürcüstanın-İmertiya quberniyasının tərkibinə daxil olundu və uyezdin başcısı təyin olundu. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Gəncə Yelizavetpol quberniyasının paytaxtı oldu. .

Mirza S. Vazeh
Gəncənin Bakı-Tiflis karvan yolunun üstundə yerləşməsi ona zaqafqazyanın ticarət mərkəzləri və Şərqin böyük ticarət mərkəzləri ilə əlaqə saxlamağa şərait yaradırdı. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şakirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şakird təhsil alırdı. XIX əsrin ortalarından başlayaraq Gəncədə xüsusi məktəblər fəaliyət köstərməyə başladı, 1860-cı ildə bu məktəblərdə 198-zə yaxın şakird təhsil alırdı. Yekanə qız məktəbində 18 şakird təhsil alırdı. 60-cı ilin ortalarında artıq Gəncə məktəblərində 981 nəfər təhsil alməşdı. lmi fikirlərin inkişafında Gəncənin böyük rolu olmuşdur. M.D.Topçubaşev (1784-1869), Rusiyada şərqşünaslığın əsasını qoyanlardan biri olmuşdur, hansı ki, bu şəhərdə anadan olmuş və ilk təhsilini bu şəhərdə yerləşən mədrəsədə almışdır. 1817-ci ildə o, İran səfirliyi tərkibində Peterburqa gəlmişdir. Sonralar Peterburq universitetinin professoru kimi o, Rus Arxeoloji cəmiyyətinin numizmatika bölməsinin əsasını qoyanlardan biri olmuş və həyatının sonuna kimi onun şərq bölməsinə rəhbərlik etmişdir. Gəncə şəhərində yaşayıb yaratmış şairlərdən Mirzə Mehdi Nədcini, Molla Abdullanı, Hacı Abbası, Nakin və başqalarını göstərmək olar. Nədci poeziyasında sosial motivlər daha güclüdür. Gəncəli Mirzə Şəfi Vazeh (1794-1852) Azərbaycanda maarifçiliyin qabaqcıl nümayəndələrindən biri olmuşdur.
Gəncədə milli teatr olmayıb. Onu şəbehi və başqa xalq oyunları əvəz edirdi. Xalq məzhəkələrindən başqa şəhərlərdə rus dilində teatr tamaşaları verirdilər. Ona rus dili bilən ziyalılar baxa bilirdilər.
Bazar       Gəncənin bir neçə yerində kitabxanalar fəaliyyət göstərirdi. Onların fondu əsasən dərsliklərdən ibarət idi. XIX əsrin 70 illərindən sonra Gəncə eyni adlı quberniyanın paytaxtı oldu. Kapitalizm dövründə sənətin elə sahələri inkişaf etmişdir ki, orda sənətkarlar malları sifarişlə deyil birbaşa bazar üçün hazırlayırdılar. O dövrlər ən çox xalçaçılıq, toxuçuluq və dəri emalı sahələri inkişaf etmişdir. Sənətkarlıq öz əhəmiyyətini itirməmiş və əhalinin əsas məşğuliyyətinə çevrilmişdir. Gəncə aristokratları öz kapitallarını inkişaf etməkdə olan emal sahələrinə qoyaraq yeni müəssisələr açırdılar. Şərabçılıq, konyakın, spirtin və mahlıcın hazırlanması xüsusilə intensiv inkişaf edirdi. Gəncədə sənaye müəssisələri əsasən "Forer qardaşları", "Qummel qardaşları", "Yelizavetpol", "Konkordiya", "Pobeda", "P. və E. Əmirxanov qardaşları", "E.Franke və Polonski", "Aşxataik" satılı cəmiyyətlərinə və "Cənub çaxırçıları" səhmdar cəmiyyətinə aid idi. Gəncə şəhərində yeyinti sənayesini inkişafı üçün meyvə-ekstrakt zavodları az rol oynamışdır. 1906-cı ildə "Səməni kökünün hazırlanması və emalı Qafqaz cəmiyyəti"-nin yaranmasından sonra Gəncədəki zavod əsas zavodlardan biri oldu. Cəmiyyət amerika-ingilis kapitalı əsasında yaranmışdır.
Goy satanin dukani      Pambıqtəmizləmə sənayesinin inkişafı - Gəncədə mahlıc istehsalı bir başa quberniyada pambıqçılığı artımı ilə bağlı idi. 1900-cu ildə burada 2 pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi ki, burada təkmilləşdirilmiş texnikadan istifadə edirdilər. Hər zavodda 20-yə yaxın fəhlə işləyirdi. 1924-cü ildə quberniyadakı pambıqtəmizləmə zavodundan beşi Gəncənin payına düşürdü. Bu zavodların hər birində il ərzində 100 pud təmizlənmiş pambıq istehsal edirdilər.
Gəncənin pambıqtəmizləmə zavodlarında istehsal olunmuş yüz minlərlə pud mahlıc Moskva, Lodz və başqa şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Pambıq", "Qevorkov qardaşları", "Rəfiyev qardaşları" satış evlərinə, "Arzumanov və Ko " sənaye-satış cəmiyyətinə məxsus idilər. Satış evlərinin təsisçiləri əsasən milli kapitalın nümayəndələri idilər. Gəncədə yeni səhmdar cəmiyyət yarandı, 1919-cu ildə Gəncədə "Yelizavetpol kənd təsərrüfatı və sənaye malları" səhmdar cəmiyyəti yarandı ki, o da mahlıc hazırlanması ilə məşğul olurdu.
Ticarat markazi     İnqilaba qədər Gəncədə bir tütün fabrikası var idi ki, onun də əsası keçən əsrin 50-ci illərində qoyulmuşdur. Gəncədəki kərpic zavodları da sənaye əhəmiyyəti daşıyırdı. Burada hazırlanan məhsul həm şəhərin, həm də quberniyanın kənd əhalisinin tələbatını ödəyirdi.
Kapitalizmin inkişafı ilə bərabər şəhərdə kredit-bank sistemi geniş vüsət almışdır. Belə ki, 1896-ci ildə Azov-Don ticarət bankının filialı, 1905=ci ildə birinci və 1907-ci ildə ikinci qarışıq kredit-ticarət cəmiyyəti, 1912-ci ildə Tiflis ticarət bankının şö'bəsi, 1913-cü ildə Volqa-Don ticarət bankının agentliyi və 1916-cı ildə Yelizavetpol dövlət bankının şö'bəsi yaranmışdır.1883-cü ildə istifadəyə verilmiş Bakı-Tiflis dəmir yolu şəhər iqtisadiyyatının inkişafına kömək etmişdir.
At gucu ila islayan ictimai transport      Bu dəmir yolu ilə daşınan kənd təsərrüfatı və sənaye mallarının əksərriyəti gəncə dəmir yol stansiyasında qatarlara yüklənirdi. Bundan başqa dəmir yolu Gəncəni Bakı, Erivan, Tiflis və Şuşa kimi şəhərlərlə birləşdirirdi. Dəmir yolu tikilməmişdən qabaq adı çəkilən şəhərlərə mallar arabalarda daşınırdı. Gəncə əhalisinin artımı, şəhərdə burjua və proletariatın yaranması XX əsrin əvvəllərinə təsadüf edirdi. Kapitalizmin inkişafı fəhlələrin ekspluatasiyasının artması ilə eyni gedirdi. Buna cavab olaraq fəhlələr iki əsri birləşdiyi zaman özlərinin etiraz səslərini qaldırırdılar. İnqilab dövründə Gəncə fəhlələri özlərini Azərbaycan proletarları arasında daha mətin və iradəli göstərmişdir. Birinci dünya müharibəsi illərində Gəncə bolşevikləri fəhlələrin önündə gedərək geniş kütlələrin səfərbərliyinin təşkilində fəal iştirak etmişdir.
     Gəncədə müharibəyə qarşı zəhmətkeşlərin tə'til və nümayişləri gedirdi. Kapitalizmin inkişafı şəhərin mədəni həyatının da inkişafına öz təsirini göstərmişdir. Bu maariçiliyin inkişafına da təsir etmişdir. Bu dövrdə Gəncədə məktəblərdən başqa dini müsəlman məktəbləri də fəaliyyət göstərirdi.
     1883-cü ildə Gəncədə "Müqəddəs Nina xeyriyyə cəmiyyəti"-nin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyət göstərirdi. 1924-cü ildə şəhərdə pedaqoji seminariya açılmışdır. Seminariyanın açıldığı il oraya 18 tələbə qəbul olunmuşdur ki. Onların da əksərriyəti zəngin ailələrin nümayəndələri idilər. 18-ci il ....
     Bir anda qə"bul olunmuş bütün dəyərlər öz qiymətini itirdi. İnqilab Gəncənin inkişafına öz düzəlişlərini verdi. Bir çox adam İrana və Türkiyəyə köçərək, 70 il ərzində öz qohumları və doğma şəhərlərilə əlaqə saxlamaqdan məhrum olmuşlar. Yalnız 90-cı illərin sonunda Vətənə qayıtmağa imkan yarandı.
     Şura hökümətinin ilk illərində su təhcizatı məsələsi kəskinliklə ön plana çıxdı. Şəhər içtimayyətinin təşəbbüsü ilə kəhrizlər salınmışdır. Su kəməri tikilməsindən əvvəl köhnə kəhrizlər və quyular tə'mir olunmuşdur. Su kəməri tikintisi 1936-cı ildə başa çatmışdır və bununla da Gəncə əhalisinin su ilə tə'minatı problemi aradan qaldırılmışdır. Şəhərdə yeni su kəmərinin tikintisi 1939-40-cı illərdə başlamış və Böyük Vətən müharibəsinin ağır illərində başa çatmışdır.
Kand Tasarrufati Akademiyasi      1920-ci ildə Azərbaycan maarif komitəsinin qərarı ilə Gəncədə 14 ibtidai və 4 orta məktəbi tikilmişdir. İbtidai məktəblərdə 2.794 şagird oxuyurdu. 1928-29-cu tədris illərində Gəncə şəhərində tədris proqramı sistemi uşaqların 95 %-ni məktəbə cəlb etmişdi. 1936-cı ilədək nəinki Gəncə, hətta bütün Azərbaycan ümumi ibtidai təhsil sisteminə keçmişdir. 1939-cu ildə Gəncədə 16 orta məktəb fəaliyyət göstərirdi.
     1931-ci ildə Gəncə şəhərinə Zaqafkaziya qidromeliorasiya institutu və Bakıdan 2 kənd təsərrüfatı məktəbi köçürülmüşdür. 1933-cü ildə isə onlar birləşib 6 fakültədən ibarət Kənd təsərrüfatı institutu yaratmışdılar. Bundan başqa bu illərdə şəhərdə ikiillik pedaqoji institutu, Gəncə musiqi texnikumu, N.K. Krupskaya adına Gəncə tibb texnikumu, iki texniki peşə məktəbi fəaliyyət göstərirdi. İldən ilə Gəncədə mədəniyyət ocaqlarının sayı artırdı. 1940-cı ildə 9 kitabxana, 13 klub, 7oxu zalı qeydə alınmışdır. Xalq təhsilinin artmasında maarifçiliyin həmçinin böyuk rolu var idi. O, şəhərdə 1920-ci ildə yaradılmışdır. "Qırmızı Gəncə", "Yeni Gəncə", "Qızıl Gəncə", "Zərbə", "Gəncə bolşeviki"qəzetləri ilə birgə burada bir sıra həmçinin çap olunurdu.
I.Mamedovun heykali      1936-1950-ci illərdə bütün SSRİ-də olduğu kimi Gəncədə də repressiyalar, həbslər olunurdu. Repressiyada olanların əksəriyyəti cənub əhalisi üçün dözülməz şəraitə düşdükləri üçün geri qayıtmadılar, qalan hissəsi isə illər keçdikdən sonra səhhətləri pozulmuş halda geri döndülər.
     Böyük Vətən müharibəsi illrində 25.643 gəncəli cəbhəyə yola düşmüşdür. Gəncə sakini kiçik leytenant İsrafil Məmmədov - Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş ilk azərbaycanlı idi.Onun Novqorod yaxınlığında olan Pustınovka kəndində gedən döyüşlər zamanı etdiyi qəhrəmanlıq ona dunya şöhrəti gətirmişdir.
     Gəncə tekstil kombinatı tikilmiş və ən müasir avadanlıqlarla təhçiz olunmuşdur. Orada 83 min tağalaq həcmli 20,480 ədəd toxuculuq dəzgahı qurulmuşdur. Eyni zamanda, şəhərin əlli kilometrliyində Mingəçevir su elektrik stansiyası işə salınmışdır və bu Gəncənin elektrik problemini aradan qalırmışdır. 1954-cü ildə Gəncədə ilk yüksək cəryanlı yarımstansiya işə başladı.
     50-ci illərdə ağır sənaye üzrə mühüm işlər görülmüşdür, məhz o zaman Gəncə auminiy istehsalı zavodu işə salındı.
Gil-torpag zavodu      Yeyinti istehsalı isə daha güclü təkan alaraq inkişafını davam edirdi. Bu devrdə ət kombinatı, dəyirman, süd kombinatı, çörək kombinatı və konditer fabrikası işə başlamışdı.
     70-ci illərdə Gəncə xalça kombinatının ikinci növbəsi istismara təhvil verilmişdir.
     90-cı illərin sonuna Gəncə, Bakı və Sumqayıtdan respublikanın sonra inkişaf etmiş ağır, yüngül və yeyinti sənayesi olan böyük sənaye mərkəzinə çevrilmişdir. Be lə ki, Gəncənin 22 sənaye müəssisəsində 400 çeşiddə xalq istehlakı malları istehsal edilirdi.
Yeni Ganca massivi     Müharibədən sonrakı və bərpa devrlərində şəhərin görkəmi tamamilə dəyişmişdir. Onun sahəsi yeni tikilən evlərin və içtimai binaların hesabına gözəçarpacak dərəcədə genişlənmişdir, o yeni küçələr və alleyalarla zənginləşmiş və gözəlləşmişdir. Hal-hazırda Gəncənin əhatə etdiyi sahə 100 kv.metdən artıq, əhalisi 350 min adamdır. Cənubda 'Gülüstan' mikrorayonunun, qərbində isə 'Yeni Gəncə' yaşayış massivinin tililməsi şəhərin daha da genişlənməsinə və inkişafına şərait yaratmışdır.
     Şəhər sahəsinin genişlənməsi və əhalinin artması, içməli suya olan tələbatın artmasına gətirib çıxartmışdır. Nəticədə 1957-ci ildə uzunluğu 28 kilometr olan Ağsu-Gəncə su borusunun tikintisi başa çatmışdır və əhalinin suya olan tələbatı tamamilə ödənilmişdir.
      90-cıların sonuna Gəncənin 35 orta məktəbində 35 minə yaxın şagird təhsil alırdı, 9 peşə məktəblərində - 5000 tələbə, 6 səkkizillik məktəbində 2 min tələbə oxuyurdu, 67 uşaq baxçalarında 10 minədək uşaq var idi.
     Şəhərdə tibb məktəbi, yüngül sənaye, politexnik, kənd təsərrüfatı, tikinti və s. kimi texnikumlar fəaliyyət göstərirdi. Ali məktəblərdən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti fəaliyyət göstərirdi. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Respublikada və onun hüdudlarından uzaqlarda adları tanınan mə¸zunları kimi Elmlər Akademiyasının akademikləri H.Əliyev, İ.Abdullayev, V.Tutayuk, M.Abutalıbov, M.Musayev, M.Hüseynov, F.Məlikov, A.Ağabəyli, Sovet İttifaqı qəhrəmanı Bəsti Bağırova və Şamama Həsənova kimi şəxsiyətlərin adlarını çəkmək olar.    Şəhərdə Elmlər Akademiyasının Elm Mərkəzi yaradılmışdır.
      Tarixən, Gəncə Azərbaycan musiqisinin mərkəzlərindən biri olmuşdur. Əməkdar incəsənət xadimi Qənbər Hüseynlinin dünya ilə məhşur olan "Cücələrim" mahnısı məhz Gəncə torpağında yazılmışdır. Məhşur sovet bəstəkarı , SSSR-i xalq artisti , Azərbaycan və SSSR-i Dövlət mükafatlarının layreatı Fikrət Əmirov həyat yolunu Gəncədə başlayaraq, həyatının çox bir hissəsini Gəncə ilə bağlamışdır. Bəstəkar T.Hacıyev, Dövlət konservatoriyasının müəllimləri A.Əlizadə, B.Hüseynli, N.Nəbiyev, M.Dilbazi, Ü.Xəlilov, V.Əhmədov və s. ilk addımlarını Gəncədə atmış və ilk uğurlarına Gəncədə nail olmuşlar.


P.S. Gəncə yaşayır və onu yaşadan insanlardır, o şəxsiyətlər ki "Gəncə" və "Gəncəlilər" sözlərini hər vaxt uca tutaraq öz həyat yolları ilə hər kəsə bu sözləri fərəh və iftixar hissi ilə deməyə məcbur edir, o insanlar ki bu sözləri Qeyrət, Məhəbbət və Sadiqlik sinoniminə çevirmişlər. Rəhmətlik akademik Ziya Bunyatov haqqında AzTV-də yayınlanan proqramda onun dediyi sözlər həmişə bizim yadımızda qalacaq: "O zamanlar Gəncəlilər haqqında deyirdilər ki, onlar əllərində qılınc anadan olurlar". "Zerkalo" qəzetində Gəncə haqqında çap olunan məqalədə, 1988 ci ildə Gəncə şəhərinə qoşunların daxilini rəhbərlik edən Rus qeneralın sözləri yazılmışdır: "Körpünün yanında, atəşə baxmayaraq, bir neçə cavan oğlan əlində yandırıcı vasitələr ilə tankların qarşısına atıldılar . Belə şeyi mən hətta Əfqanistanda görməmişdim...". Biz əminik ki, akademik söylədiyi qılınc, ədalət qılıncı idi hansı ki indi də Gəncəlilərdə qalır və qələcək nəsillərdə də qalacaq.

Menbe: Ganca.net




Baş Sehife | Biz Kimik? | Bizim Şeher | Reklam Ver | Webmaster

YENİLİK
Azerbaycanda ilk defe!..Güclüler Destesinin oyunları canlı-canlı kapazmania.tk'da! Artıq siz daha operativ ve deqiq melumatları bizden alacaqsız. Çempionatımızın ilk LiveScore'u! Bizi izleyin ve 90 deqiqe matçın heyecanını yaşayın!.
DERBİ
Şeherimizin fexri "KEPEZ"in Bakı "neftçi"siyle reqabeti artıq dünyada tanınır. Yaxınlarda saytımız vasitesiyle bütün dünya derbilerinin cemleşdiyi footballderbies.com'a Azerbaycanın en böyük derbisini de yerleşdirdik. İndi növbe sizindi! Bu reqabete ses vermekle "KEPEZ"-"neftçi" derbisini "en yaxşı" ede bilersiz.
MANİFEST
"KEPEZ"severler olaraq yeni rehberiliyin qerarının elehine çıxır ve "KEPEZ"in adının berpa olunmasını teleb edirik.
SAYĞAC
Soccerlinks - the soccer website directoryGalatasaraylı Toplist | Heryerdeyiz.com Besturk.Net (en iyi türk siteleri)
  Copyright [ KapazMania ] . 2004 - 2005 Materiallardan icazesiz istifade qeti qadağandır.  Dizayn : az-ya


Hosted by uCoz